AZ

ASK: “Yaşıl Dəhliz”dən istifadə edən azərbaycanlı sahibkarların sayı artmaqdadır

Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə edən azərbaycanlı sahibkarların sayı artmaqdadır.

FED.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

"Dövlət-özəl sektor dialoqunun inkişafı, ölkəmizdə biznes-investisiya mühitinin əlverişliliyinin yüksəlməsi iqtisadi inkişafın təməl prinsiplərindəndir. ASK hökumətlə Baş Kollektiv Sazişin tərəflərindən biri kimi dövlət-özəl sektor dialoqunun qurulması, iş adamlarının qaldırdığı məsələlərin həlli, eləcə də milli iqtisadiyyatın inkişaf edərək ixraca yönəlməsi kimi strateji hədəflərdə dövlət qurumları ilə işbirliyini gücləndirir. Bu səpkidə Konfederasiya ilə Dövlət Gömrük Komitəsi arasında İkitərəfli Əməkdaşlıq Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Burada qaldırılan bir çox məsələ öz müsbət həllini tapıb və şadıq ki, bugün “Yaşıl Dəhliz”dən istifadə edən sahibkarlarımızın sayı artmaqdadır", - o vurğulayıb.

M.Musayevin sözlərinə görə, son illər gömrük sistemində çox ciddi irəliləyişlər nəzərə çarpır: "Elektron bəyannamə sistemləri, ticarətin asanlaşdırılması təşəbbüsləri və beynəlxalq standartlara uyğun prosedurların yaradılması bu sahədə atılan vacib addımlardır. Bu tədbirlər ölkəmizin biznes mühitinin yaxşılaşdırılmasına təkan verməklə bərabər sahibkarlığın inkişafına yeni imkanlar yaradır. Bütün bunların nəticəsidir ki, bu ilin 11 ayında dövlət büdcəsinə vergi daxilolmasının məbləği 15 milyard manata, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 10,3 milyard manata çatıb. Hesabat dövründə Azərbaycanda ümumi daxili məhsulun dəyəri illik müqayisədə 4,1 % artaraq 113,3 milyard manat olub" (Report).

Seçilən
39
1
fed.az

2Mənbələr