AZ

Rusiyada HİV-dən hər gün 82 nəfər ölür

Yazını böyüt
Yazını kiçilt

Rusiyada hər il təxminən 30 min əmək qabiliyyətli insan HİV (İnsan İmmun Çatışmazlığı Virusu) səbəbindən ölür. Bu, gündə orta hesabla 82 nəfərin itkisi deməkdir.

Hafta.az-ın yazdığına görə, “Rospotrebnadzor” yanında QİÇS-in Qarşısının Alınması və Mübarizə üzrə Federal Mərkəzinin direktoru Vadim Pokrovski TASS-a müsahibəsində bu məlumatları açıqlayıb. Pokrovski bildirib ki, HİV-in müalicəsinə hər il 70 milyard rubl xərclənir, lakin yoluxmuş insanların sayı artarsa, bu xərclər daha da artmalı olacaq.

Pokrovski bu ölümlərin Rusiyanın onsuz da əziyyət çəkdiyi əmək bazarına mənfi təsir etdiyini vurğulayaraq, “Hər il 30 min gənc və əmək qabiliyyətli insanı itiririk. Bu, yaxın 20-30 il ərzində işləyə biləcək əhalinin itirilməsi deməkdir”.

Rusiya rəsmisi onu da əlavə edib ki, HİV-in müalicəsində vaxt və tətbiqdə çatışmazlıqlar davam edir.

Bu günə qədər Rusiyada ümumilikdə 1,7 milyon insana İİV diaqnozu qoyulub və onlardan təxminən 500 mini dünyasını dəyişib.

Seçilən
14
hafta.az

1Mənbələr