AZ

Niderlandın Ermənistandakı səfiri də Azərbaycana qarşı fitnəkarlıqda iştirak edib

Hurriyyet.az xəbər verir ki, Niderlandın İrəvandakı səfiri Marike Monroy-Vinter Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki müşahidə missiyasının ofisinə gedib.

Bu barədə Aİ missiyasının X şəbəkəsindəki səhifəsində məlumat verilib.

Diplomata missiyanın yerlərdəki fəaliyyəti barəsində məlumat verilib.

Açıqlamada deyilir: "Niderlandın Ermənistandakı səfiri Marike Monroy-Vinter missiyanın niderlandlı əməkdaşları ilə də görüşüb və Xaçikdəki patrulluq fəaliyyətində iştirak edib. Hazırda missiyada Niderlanddan olan 7 nəfər ekspert işləyir".

Qeyd edək ki, Azərbaycan Ermənistandakı Aİ müşahidə missiyasının fəaliyyətini qeyri-qanuni və fitnəkar hesab edir, onun fəaliyyətinin dayandırılmasının tərəfdarıdır.

Hürr Tərcüman

Seçilən
19
hurriyyet.az

1Mənbələr