AZ

"Ehtimal var, amma bunu dəqiq heç kim bilmir" - Ekspertdfən manatla bağlı açıqlama

“Aydındır ki, qısamüddətli perspektivdə milli valyutanın devalvasiyası olmasa da, ortamüddətli perspektivdə var. Yəni devalvasiya ehtimalı böyükdür. “Qısamüddətli” dedikdə 1 ilə qədər olan müddəti nəzərdə tuturam. Ortamüddətli 1 ildən 3 ilə qədər, uzunmüddətli isə 3 ildən də çox. Yəni Azərbaycanda 3 il ərzində devalvasiya olması ehtimalı çox yüksəkdir. Neftimiz azalır, qiyməti düşür. Əlbəttə, bu da manata təsir edəcək”. 

Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib. 

“Kimsə pulunu yığırsa, daha sabit valyutalarda yığsın - dollar, avro... Cari vəsaitlərini isə manatda saxlasın. Təxmənin, 3 aylıq xərci mən manatda saxlayardım, artığını isə dollarda. Bir şərtlə ki, həmin şəxsin aylıq gəliri də var. İndi şayiələr yayılıb ki, gələn il devalvasiya olacaq. Ehtimal var, amma bunu dəqiq heç kim bilmir. Ola bilər ki, olmasın. Hamı pulunu dollara çevirsə və sabah birdən-birə pul lazım olsa, məcbur qalacaqlar dolları yenidən manata çevirsinlər. Bu isə itkidir”, - o bildirib. 

phrase_var_article.chosen
27
1
mia.az

2phrase_var_article.sources