Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Təhlükəsizlik Qoşunlarının rəisi olmuş rusiyalı general İqor Kirillov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən öldürülüb.
Missiya.Az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.
“Kirillov hərbi cinayətkar və tamamilə qanuni hədəf idi, çünki o, Ukrayna hərbçilərinə qarşı qadağan olunmuş kimyəvi silahlardan istifadə etmək əmrini verib”, - deyə vurğulanıb.
Qeyd olunub ki, bundan əvvəl Təhlükəsizlik Xidməti Kirillovun Ukraynanın şərqində və cənubunda Müdafiə Qüvvələrinə qarşı kütləvi şəkildə qadağan olunmuş kimyəvi silahdan istifadə etməkdə şübhəli olduğunu bəyan edib.
Daşqın HəsənovMissiya.Az