AZ

Çağrı Manas 5 ildir ki türkcə olan adına görə doğum haqqında şəhadətnamə ala bilmir

Çağrı

Vətəndaşlıq qeydiyyatı təşkilatı 5 ildir ki Maku şəhərindən olan Çağrı Manasa doğum haqqında şəhadətnamə verməkdən imtina edir

Gunaz.tv

Çağrı Manasın atası Sadıq Feyzullah Nejad məsələ ilə bağlı Balamın adı kampaniyasına müsahibə verib:

"25 iyul 2020-cu ildə oğlumuz dünyaya gəldi və biz onun üçün Çağrı Manas adını seçdik. Məlum olduğu kimi, Çağrı çağırış kökündən götürülüb və onun farsca qarşılığı dəvətdir. Buna əsaslanaraq övladıma doğum haqqında şəhadətnamə almaq üçün Maku Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsinə getsəm də onlar bu ada sənəd verməkdən imtina etdilər. Sonra Tehranın Vətəndaşlıq Reyestrinə müraciət etdim. Onlar isə mənə məsələni məhkəmə yolu ilə həll etməli olduğumu dedilər. Beş ildir övladımızın doğum haqqında şəhadətnaməsi yoxdur, bu uşağın peyvənd olunmasını da gecikdirir. Doğum şəhadətnaməsi olmayan insan necə ola bilər?"

Qeyd edək ki, İranın Vətəndaş Qeydiyyatı Təşkilatı "Fars Dili Mədəniyyəti qurumu" ilə əməkdaşlıq edərək yeni doğulan uşaqlar üçün adlar siyahısı təqdim edib və ailələri övladlarının adlarını bu siyahıdan seçməyə məcbur edir. Bu siyahıdakı adların çoxu farscadır və çox məhdud sayda türk adları var. Bu qeyri-qanuni və irqçi hərəkət türk valideynləri get-gələ salır və onların süründürməçilik yolu ilə bezdirilib türk adlarından imtina etmələrinə hesablanıb.

Seçilən
3
xalqcebhesi.az

1Mənbələr