AZ

Bayramla bağlı evini bəzəmək istəyən qadın qəbristanlıqdan oğurluq etdi — FOTO

Polşada bir qadın evini Milad bayramı üçün bəzəmək üçün qəbiristanlıqdan oğurluq edərkən yaxalanıb.

Demokrat.az
BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Ötən həftə Tuliskuv sakini cinayət məqsədilə şəhər qəbiristanlıqlarından birinə daxil olub. 40 yaşlı qadın xiyabanlarda gəzərkən yolka bəzəkləri ilə birlikdə iki yolka və şüşə vaza oğurlayıb. Bir neçə saat sonra polis onu saxlayıb.

Polis oğurlanmış yolkaların içərisində GPS lokatorlarının olmasından xəbəri olmayan şübhəlinin evinə gedib. Həmçinin məlum olub ki, qadın bu şəkildə qarşıdan gələn Milad bayramı üçün evini bəzəməyə başlayıb. Nəticədə yolkalar müsadirə edilib və məhbusu qəbirlərdən oğurluq etdiyinə görə altı aydan səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. İndi onun taleyini məhkəmə həll edəcək.

 

phrase_var_article.chosen
12
demokrat.az

1phrase_var_article.sources