1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Salome Zurabişvili öz postunu tərk etməli olacaq".
Oxu.Az-ın Interpressnews.ge nəşrinə istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin vəzifəsinə davam edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
"Bizdə bir ölkədə üç de-fakto prezident ola bilməz. Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir. Biz, sadəcə olaraq, bunu ciddi qəbul edə bilmərik. Dekabrın 29-da Zurabişvili öz postunu tərk etməli olacaq və onun yerinə seçilmiş Prezident Mixail Kavelaşvili gələcək. Salome Zurabişvilinin bəyanatı ilə bağlı hər hansı fəsadın olacağını düşünmürəm. Zənnimcə, o bunu edəcək. Hər hansı çətinlik gözlənilmir", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.