AZ

Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən ər Ali Məhkəməyə müraciət etdi

Xaçmazda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayev barəsindəki hökmdən kassasiya şikayəti verib.

E-huquq.az-ın məlumatına görə, şikayətə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin baxış iclası 2025-ci ilin 2 aprel tarixinə təyin olunub.

Qeyd edək ki,1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədovanın ona xəyanət etməsindən şübhələnib. O, sərxoş vəziyyətdə evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mustafayev, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Şəbnəm Mehdizadə
phrase_var_article.chosen
24
e-huquq.az

1phrase_var_article.sources