AZ

Azərbaycanda səhiyyə işçilərinin maaşı nə qədərdir? – RƏSMİ-FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə işçilərinin əməkhaqları ilə bağlı açıqlama verib.

Ulusal.az  xəbər verir ki, Z.Əliyev qeyd edib ki, bu il vahid artım cədvəli üzrə artım qeydə alınıb:

“Tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla, travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib. Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmətlərin tariflərinin artması olub. Bu artımlar tibb heyətinin rifahının gücləndirilməsinə xidmət edir”.

Zaur Əliyev vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin əməkhaqqısı 270 manatdan 410 manata artıb:

“Orta tibb heyətinin əməkhaqqı isə 320 manatdan 540 manata qədər artıb”.

Seçilən
5
49
moderator.az

10Mənbələr