AZ

"İcbari tibbi sığorta haqqında məlumatlılıq 100%-ə yaxındır" - Sədr

“İcbari tibbi sığorta haqqında məlumatlılıq 100%-ə yaxındır, Xidmətlər Zərfi üzrə isə 47% təşkil edir”. SİA xəbər verir ki, bu sözləri ​İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bilidirib.

O, icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumat verib. O bildirib ki, 2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub. Sorğuda 25 087 nəfər iştirak edib.

​Nəticələrə əsasən, ölkə əhalisinin 100%-ə yaxını icbari tibbi sığorta haqqında, 47%-i isə Xidmətlər Zərfi barədə məlumata malikdir. Məmnunluq səviyyəsinə toxunan Zaur Əliyev qeyd edib ki, ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb.

​Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59%-dir.

Ülkər Rəhmanqızı

Seçilən
17
1
sia.az

9Mənbələr