"Dəməşqdəki səfirliyimizin yenidən fəaliyyətə başlaması üçün lazımi hazırlıq və əlbəttə, səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təminatı zəruridir. Bu məqsədlə aparılan işlərə gözlədiyimiz şərait yaradılanda yenidən baxılacaq",- sözçü bildirib.
Mühacirani:"Ümidvarıq ki, yeni rəhbərlik doğru mövqe tutacaq" |
Xatırladaq ki, dekabrın 8-də 24 illik Bəşər Əsəd hökumətinin müxalif qüvvələr tərəfindən devrlməsi fonunda Dəməşqdəki səfirliyin diplomatları təhlükəsiz əraziyə köçürülüblər. Səfirliyin binası talana məruz qalıb. İran Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində Bəşər Əsədi dəstəkləyirdi.
Firudin Həmidli
AzVision.az