AZ

"Randal Kolo Muani ilə müqavilə bağlamaq pis olmazdı, amma..."

"Monako"nun baş məşqçisi Adi Hütter komandanın amerikalı hücumçusu Folarin Baloqun zədəli olduğu üçün qış transfer pəncərəsi dönəmində yeni forvardla güclənmək istədiklərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Diqqətli olmalıyıq. Üzərimizə düşən əsas iş transfer bazarını diqqətlə izləməkdir. PSJ-nin hücumçusu Randal Kolo Muani ilə müqavilə bağlamaq pis olmazdı (gülür). Amma ciddiyə qalsa, onun kim olacağını hələ bilmirik. Bir neçə variantımız var. Qol vurmaq bacarığına malik birini tapmalıyıq".

Xatırladaq ki, çiynindən ağır xəsarət alan Baloqun bu gün əməliyyat ediləcək. Onun təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 

Cari mövsüm bütün turnirlərdə 10 matça çıxan ABŞ millisinin üzvü 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr