AZ

Ekspert: İstehlakçılar normal spirtin dadını saxtası ilə ayıra bilmədiklərindən zəhərlənirlər

Bakıda kişi alkoqoldan zəhərlənərək ölüb.
Lent.az-a xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Ordubad rayon sakini, 54 yaşlı Yaşar Kamil oğlu Rzayev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, saxta alkaqollu içki istehsalında  metil spirt işbazlar tərəfindən tez-tez istifadə olunur:

“Bu maddəni əldə etdikdən sonra normal spirtə qatırlar. İstehlakçılar isə normal, əsl spirtin dadını saxta spirtdən ayıra bilmədiklərindən zəhərlənirlər. Bu istənilən növ içkiyə aiddir. Belə hallardan qorunmaq üçün maariflənmək, içkinin insan orqanizmi üçün nə qədər təhlükəli və ziyanlı olduğunu dərk etmək lazımdır. Alkoqolun fiziki və zehni sağlamlığınıza, eləcə də gündəlik həyatınıza və şəxsi münasibətlərinizə bir çox mənfi təsiri var.
Ekspert alkaqolun mənfi xüsusiyyətlərini sadalayıb:
Depressiya, psixoloji problemlər, cinsi disfunksiya, sinir iltihabı, alkoqolun mədəyə zərərli təsirləri arasında ezofagit və reflü xəstəliyi var, qaraciyər funksiyasının pozulması, yağlanma, hormonal pozğunluqlar, ürək xəstəlikləri, xərçəng, yoluxucu xəstəliklər”.

Fərid Səfərov qeyd edir ki, alkoqoldan imtina etsəniz qısa müddətdə bədəninizdəki müsbət təsirləri görməyə başlayacaqsınız: 
“Yuxu keyfiyyətiniz yüksələcək, dərinizin sağlamlığı yaxşılaşacaq, daha gənc və canlı dəriyə sahib olacaqsınız. Digər tərəfdən Alkoqolun səbəb olduğu çəki artımı və qan şəkəri balanssızlığı aradan qalxacaq. Həmçinin infarkt riski azalır və ürək sağlamlığınız qorunur, əhval və düşüncə yaxşılaşır. Yəni balanslı və müsbət əhval-ruhiyyə yaşayacaqsınız və sosial münasibətləriniz yaxşılaşacaq. Eyni zamanda qaraciyərinizin sağlamlığı artacaq, immunitet sisteminiz güclənəcək, cinsi sağlamlığınız yaxşılaşacaq. 
Sağlam seçimlər edərək sağlam qidalanın, alkoqollu içkilərdən uzaq durun, sağlamlığınız və canınız əldən getməsin”.
phrase_var_article.chosen
35
sherg.az

1phrase_var_article.sources