AZ

Davtyanın 545,7 milyonluq əmlakları müsadirə edilir

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Ermənistan mediası yeni "nazir ovu"ndanyazıb
Məlumata görə, dekabrın 6-da Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ümumi bazar dəyəri 545,7 milyon dram (təxminən 1,4 milyon dollar-red.) olan 6 daşınmaz əmlakın müsadirə edilməsi ilə bağlı iddianı qəbul edib. Prokurorluq həmçinin 97,4 milyon dram vəsaitin üzərinə həbs qoyulmasını tələb edir.

Xatırladaq ki, Artak Davtyan qanunsuz varlanma işi çərçivəsində oktyabrın 11-də prokurorluğa çağırılmışdı.

Qeyd edək ki, Davtyan keçmiş müdafiə naziri David Tonoyanın və bir sıra digər yüksək rütbəli hərbçilərin də iştirak etdiyi döyüş sursatı tədarükündə sui-istifadə halları ilə bağlı cinayət işi üzrədə təqsirləndirilən şəxs sayılır.

Tural Tağıyev
AzVision.az

Seçilən
43
azvision.az

1Mənbələr