"Bayern Münhen"in qapıçısı Manuel Noyer gələcək planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, hazırda qabırğası sındığı üçün komandasına kömək edə bilməyən 38 yaşlı qapıçısının sözlərini "Sky Sports" belə çatdırıb:
"Məncə, klubumla əməkdaşlığı davam etdirmək variantı baş tutsa, buna hər iki tərəf sevinəcək. Öncə qabırğamla bağlı problemi həll etməliyəm".
Noyer 2011-ci ildən "Bayern"in uğurları üçün çalışır. İndiyədək Almaniya nəhənginin forması ilə bütün turnirlərdə 540 matça çıxan Manu 256 görüşdə qapısını toxunulmaz saxlayıb. Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-cı ilin yayına qədər nəzərdə tutulub.
Almaniya mətbuatında sözügedən qolkperin gələn ay zədəsini sağaldaraq sıraya dönəcəyi barədə məlumatlar yayılıb.
Nihat