AZ

Ermənistanla bu ərazilər dəyişdirilə bilər – Sabiq nazir açıqladı

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar davam edir. Amma proses uzanır. Çünki tərəflərin razılığa gələ bilmədiyi məqamlar var. Bu, ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır.

Bu sözləri Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Bir müddət Zəngəzur dəhlizi ilə bağlı bəhanələr ortaya atılırdı. Amma sonra Azərbaycan dəhliz məsələsinin sülh danışıqlarından çıxarıldığını bəyan etdi”, - deyə eks nazir söyləyib.

Onun sözlərinə görə, sülh yoxdursa, təxribat riskləri hər zaman olacaq: “Artıq dünyada siyasi proseslər fərqli müstəvidə cərəyan edir. SSRİ dağıldıqdan sonra dünyada yeni xəritələr çəkilir. Suriyada baş verən son hadisələr bu proseslərin tərkib hissəsidir. Cənubi Qafqazda da proseslərin yönünü dəyişmək istəyənlər az deyil. Ona görə də Ermənistanın indiki rəhbərliyi baş verənlərdən düzgün nəticə çıxartmalıdır”.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistanın ilkin sülh sənədini paraflaması mümkündür: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğu halda, sülh sazişini imzalamaq real deyil. İndiki halda Nikol Paşinyan da bu prosesdə geridönüşün olmadığının fərqindədir. Buna görə də o, Ermənistan üçün yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı bəyanat verib. Bu halda sülhə və digər məsələlərin qarşısında əngəl qalmır. Azərbaycanın eksklav əraziləri ilə bağlı da yekunda müsbət addım atmaq olar. Burada ərazi mübadiləsinə getmək ehtimalı da istisna edilmir”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
55
8
teleqraf.com

10Mənbələr