Moskvada Rusiya Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının(RXBZ) qoşunlarının rəhbəri general-leytenant İqor Kirillovun ölümü ilə nəticələnən partlayış terror aktıdır. Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin Lenta.ru-ya müsahibəsində bildirib.
“Qeyd etmək lazımdır ki, baş verənlərin bütün şəraiti hələ tam aydınlaşdırılmayıb. Lakin mənim fikrimcə, bunun terror aktı olduğu açıq-aydın görünür. Mənim üçün yaranan sual budur ki, o, niyə dövlət mühafizəsində olmayıb?",- deputat gileylənib.
Şvıtkin qeyd edib ki, Kirillov ən son silah növlərinin hazırlanmasında iştirak edib və Rusiya üçün çox mühüm və faydalı işlər görüb. Onun fikrincə, general Federal Təhlükəsizlik Xidmətinin nəzarətində və mühafizəsin olmalı idi.
Xatırladaq ki, dekabrın 17-də Moskvanın Ryazanski prospektində partlayış baş verib. Skuterə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RXBZ) rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar. O
Tural