AZ

“Mən qadınam” – Müsabiqə

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir.

Kulis.az xəbər verir ki, ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.

Ssenari müsabiqəsinin şərtlərini təqdim edirik:

– ssenarinin baş qəhrəmanı qadın olmalıdır.

– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (1990-2024)

– müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.

– müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır.

– ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).

– ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).

– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.

– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

– Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.

– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda [email protected] elektron poçt ünvanına “Mən qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

Ssenarilər 15 dekabr 2024-ci il tarixindən – 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.

Qaliblərin adı 2 avqust 2025-ci il tarixində elan olunacaq.

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Seçilən
45
5
kulis.az

7Mənbələr