İngiltərədə daşqın riskinin 2050-ci ilə qədər hər dörd evdən birinə təsir edəcəyi proqnozlaşdırılıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin apardığı son araşdırmaya görə, çaylar, dənizlər və ya okean sularından yaranan daşqınlar hazırda ölkədə 6,3 milyon evi təhlükə altına qoyub.
Bu rəqəm agentliyin öncəki statistikasına görə 43 faiz çoxdur.
Hesablamalara görə, qlobal istiləşmə artdıqca daşqın riski 2050-ci ilə qədər 8 milyon evə təsir edə bilər.
Bu o deməkdir ki, İngiltərədə hər dörd evdən biri 2050-ci ilə qədər daşqın təhlükəsi ilə üzləşə bilər.
Cəmalə