Bakının Qaradağ rayonunda qonşunu qətlə yetirməkdə ittiham olunan Nahid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı 2025-ci il yanvarın 13-ə təyin olunub.
Qeyd edək ki, bu ilin avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun qətlə yetirilməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Nahid Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qətlə yetirilən Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.