AZ

“Roma” son yarım əsrdə ən pis mövsümünü yaşayır

Məlum olduğu kimi, “Roma” İtaliya A Seriyasının 16-cı turu çərçivəsində səfərdə “Komo”ya 0:2 hesabı ilə məğlub olub.

Arena.az məlumat verir ki, “canavarlar” üçün bu, cari mövsümün ilk 16 oyununda 8-ci məğlubiyyət olub.

Paytaxt klubunun 1973/1974-cü illər mövsümündən bəri belə pis statistikası olmayıb. O vaxt da 16 oyundan sonra “canavarlar” 8 məğlubiyyət almışdılar. Bu, 1949/1950-ci və 1950/1951-ci illər mövsümlərində daha iki dəfə baş verib. Beləliklə, “sarı-qırmızılar” hazırda, son yarım əsrdə ən pis mövsümünü yaşayır və istisna deyil ki, bu nəticə daha da pisləşsin.

Dekabrın 22-də növbəti, 17-ci tur çərçivəsində “Roma” “Parma”nı qəbul edəcək.

16 oyundan 16 xalla paytaxt təmsilçisi İtaiya A Seriyasının yarış cədvəlində 12-ci pillədə qərarlaşıb.

Seçilən
17
arena.az

1Mənbələr