AZ

Paşinyan Moskvanın əsəblərini tarıma çəkir

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlukəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırmaq haqda verdiyi qərar İrəvan və Moskva arasındakı münasibətləri daha da gərginləşdirib. Bu hərəkət KTMT-nin keçmiş liderləri və Rusiya rəsmi dairələri tərəfindən ciddi tənqid edildiyi kimi, Ermənistanın çoxqütblülü geosiyasi təzyiq fonunda strateji gələcəyini sual altına qoydu.

Ermənistan bu il Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik səlahiyyətlərini aktiv reallaşdırmalı, İrəvanda önəmli toplantılar keçirməli idi. Amma toplantıdan əvvəl, Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putin və Aleksandr Lukaşenkonun iştirak edəcəyi sammitin İrəvanda keçirilməsini məqsədəuyğun hesab etmədiyini bəyan etdi. Paşinyan qərarını belə izah etdi: "Məlum səbəblərə görə... Aİİ-nin bəzi liderləri Ermənistan üçün arzuolunmaz şəxslərdir. Roma Statutunun ratifikasiyası prosesində biz Rusiya tərəfdaşlarımızla müsbət dialoq quraraq, onlara ABŞ ilə imzalanmış xüsusi müdafiə sazişini nümunə göstərdik. Amma Rusiya hansısa səbəbdənsə təkliflə razılaşmadı".

Roma Statutu - yəni Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına tabeliyin rəsmi izharı - Rusiyanın dövlət başçısı Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahunu "cinayətkar" elan etmiş strukturun qərarlarına tabeçiliyi nəzərdə tutur.

Belarus lideri Aleksandr Lukaşenko isə Paşinyanın gözündə ağrı verən bir fiqura çevrilib; onun düzsözlü tənqid edici açıqlamaları Paşinyana mənəvi diskomfort yaşadır. İş o yerə çatıb ki, Putin Ermənistan tərəfindən demək olar ki, "persona non grata" elan edilib. Moskva bu addımı təhqir kimi qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın da vurguladığı kimi, bundan sonra Putinin Paşinyanla şəxsi görüşməyə marağı qalmayıb.

Nikol Paşinyan faktiki olaraq Mixeil Saakaşvili yolu ilə irəliləyir. Qərb yönlü milli elitaya söykənən Paşinan xarici fondların maliyyələşdirdiyi iki mindən artıq QHT-nin ölkədə kök salmasını təşviq edib. İrəvanın mediada tam nəzarəti Qərb dairələrinə təslim etməsi isterik anti-Rusiya təbliğatına təkan verib. Ukrayna və Gürcüstan modellərinin təkrarlanması məhz bu ideoloji şüarı daşıyır: "İlk öncə Rusiyaya etimadsızlıq, sonra xain elan etmək və nəhayətdə tam nifrət yaratmaq".

2020-ci ildəki İkinci Qarabağ müharibəsində revanşizminin və aqressiv siyasətinin tələsinə düşmüşdü.

Paşinyanın siyasəti öz xalqını bölünməyə, Rusiyaya qarşı daha aqressiv ritorikanı artırmağa, Qərbin növbəti alətinə dönüşməyə aparır. Bu yolu İrəvandakı hakimiyyət erməniləri yox, sırf öz merkantil maraqlarını düşünərək seçib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın baş naziri Rusiya tərəfindən ötən müharibədə iştirak edilmədiyini bəhanə gətirərək onu xəyanətdə ittiham etdi. Bu fikir erməni xalqına inadla yeridildi və onun hazırkı şüurunda kifayət qədər möhkəm şəkildə kök saldı. Rusiyada yaşayan ermənilərin əhəmiyyətli bir hissəsi də bu ideyanı qəbul edir, hansını ki, onlara milli elita təlqin edib. Lakin rus insanı ermənidən daha artıq erməni ola bilməz!

Birincisi, Ermənistan həmin münaqişə zamanı Moskvanın hərbi və hərbi-texniki dəstəyi üçün rəsmi şəkildə müraciət etməmişdi. Onun müntəzəm qoşunları Qarabağdakı erməni birləşmələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etməmişdi.

Halbuki Qarabağ Azərbaycana məxsusdur: sadəcə, qarabağlı ermənilər 1992-ci ildə "müstəqillik" elan etmiş, yəni terror və separatizm yolunu tutmuşdular.

İkinci Qarabağ Müharibəsi başa çatandan sonra İrəvanın Rusiyaya və KTMT-yə qarşı əsassız və uydurma hücumları davam etdi. Ermənistan son bir il ərzində KTMT-nin planlaşdırılmış təlimlərindən imtina etdi və onun digər tədbirlərində iştirakını dayandırdı.

Amma "bütün bunların üzərinə nöqtəni" Paşinyanın parlament iclasındakı son çıxışı qoydu. O bildirdi ki, "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıdışı getdikcə çətinləşir, demək olar ki, qeyri-mümkündür". Onun sözlərinə görə, "biz (ermənilər) nə müzakirələrdə, nə də qərarların qəbulunda iştirak etmirik, amma veto hüququmuzdan da istifadə etmirik, çünki artıq özümüzü KTMT-də görmürük. Qoy nə istəyirlər, onu da qərarlaşdırsınlar". O, həmçinin vurğuladı ki, "KTMT və onun məsuliyyət zonasına dair İrəvan və Moskvanın baxışlarındakı fərqlər geri dönülməz nöqtənin çatdığını sübut edir".

Erməni elitası özünü Avropada görmək arzusu ilə yaşayır. Amma Avropaya nə təklif edə bilər? Konyak, meyvə, tərəvəz, göyərti, qızılgül? Axı orada bunlardan kifayət qədər var. Yoxsa nadir torpaq elementləri? Onları çıxarmaq və dəyərli metallara emal etmək lazımdır. Avropa isə riskli və uzunmüddətli layihələrə sərmayə qoymaqda maraqlı deyil. Buna görə də erməniləri iqtisadi "qucağına" almağa tələsmir.

Hərbi obyektlərin yerləşdirilməsi üçün torpaq satmaq və ya ötürmək - bu, daha perspektivlidir. NATO-ya üzv olmaq cəhdi? Bəs onu kim qəbul edər? Axı Azərbaycanla həll edilməmiş problemləri və digər təşkilati-hüquqi çətinliklər var. Hərbi obyektlərin yerləşdirilməsinə razılıq vermək olardı, amma Qərb erməni ərazisinin Rusiya hərbi mövcudluğundan azad edilməsində israr edir. Bu isə təhlükəlidir: avropalılar istifadə edib atarlar... Onda Ermənistanı kim qoruyacaq?

Bura hələ Dəməşqdəki 250 minlik erməni icması ilə bağlı hadisələr də əlavə olunur. Yaxşı olar ki, suriyalı ermənilər sünnilərlə "bağışlanma haqqı" barədə razılaşa bilsinlər. Əgər bu baş verməsə, nə olacaq? O zaman icmanın bir hissəsi qaçqın olacaq və hamı Avropaya gedə bilməyəcək. Onların böyük hissəsi tarixi vətənə üz tutacaq və bu, az və ya çox dərəcədə Rusiyaya da təsir göstərəcək.

Nəticə olaraq, Paşinyan bir tərəfdən Qərbə tərəf yönəlir, digər tərəfdən isə sınanmış müttəfiqlərlə münasibətlərin tam qopmasından ehtiyat edir. İrəvanın strateji xətti - odun içindən başqasının əli ilə "şabalıd çıxarmaq"dır. Rusiya isə bütün diqqətini Ukrayna probleminin həllinə və öz təhlükəsizliyinin təmin olunmasına yönəltdiyi üçün artıq etibarsız müttəfiq naminə öz gücünü sərf etməyəcək. Həm də Ermənistan heç Rusiya üçün müttəfiq olubmu? Çətin ki, belə bir şey xatırlansın.

KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja TASS-a verdiyi müsahibəsində İrəvanın qərarını "nəhəng bir səhv" adlandırdı. Onun fikrincə, Ermənistan rəhbərliyinin təşkilatın "effektiv olmaması" və Rusiyanın dəstəyinin çatışmazlığı ilə bağlı bəyanatları reallığa uyğun deyil. O vurğuladı ki, Moskva Ermənistan ordusuna və ölkənin güc strukturlarına "böyük dəstək" göstərib - silah tədarükündən təşkilati yardıma qədər.
"Ali rəhbərlik Rusiyadan və KTMT ölkələrindən yalnız ziyan gəldiyini deyirsə, bu tamamilə yanlışdır," - deyə Bordyuja qeyd etdi.

Sual yaranır: Nikol Paşinyanın mövqeyi Rusiyadan Qərbə doğru şüurlu və strateji bir ayrılma siyasətidirmi, yoxsa daxili siyasi manevrlərin və reallığın təhrif edilmiş qiymətləndirilməsinin nəticəsidir? Cavab birmənalı deyil, amma İrəvanın qərarının nəticəsiz qalmadığı aydındır.

Ermənistanın KTMT büdcəsini maliyyələşdirməyi dondurmasından sonra Moskvanın siqnalları aydın oldu. Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın maliyyə borclarından bəhs edərək bildirdi ki, öhdəliklərin yerinə yetirilməməsi müvafiq qərarlara gətirib çıxara bilər - hətta ölkənin təşkilatda səsvermə hüququndan məhrum edilməsinə qədər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da oxşar mövqe səsləndirdi: "KTMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən üzv dövlətlər səs hüququndan məhrum edilə bilər".

Qeyd etmək lazımdır ki, KTMT-nin büdcəsinin yarısını Rusiya ödəyir, digər üzvlər isə yalnız 10% töhfə verir. Bu da Rusiyanın mövqeyini xüsusilə ağırlaşdırır.

Bir çox rusiyalı ekspertlər Ermənistana qarşı "yumşaq təzyiqlərin" güclənəcəyini proqnozlaşdırır. Moskvanın əlində çoxlu iqtisadi vasitələr var: enerji daşıyıcılarının tədarükünün məhdudlaşdırılmasından tutmuş, erməni məhsullarına, məsələn, konyak və şirələrə qarşı sanksiyalara qədər.

Abxaziyanı xatırlayaq: separatçı rejim tərəfindən idarə olunan həmin məkanda yerli sakinlər Rusiya tələbləri ilə razılaşmadıqları üçün elektrik enerjisindən məhrum oldular.

Bu, Moskvanın səbrinin tükəndiyini göstərir və İrəvanın gələcək demarşları ölkə üçün ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər.

Ermənistanın öz xarici siyasət kursunu seçmək suveren hüququ şübhə doğurmur. Lakin sual yaranır: Ermənistanı KTMT-dən kənarda nə gözləyir? Təşkilat tənqidlərə baxmayaraq, Cənubi Qafqazdakı qeyri-sabitlik şəraitində İrəvan üçün mühüm təhlükəsizlik elementi olaraq qalırdı.

KTMT-dən çıxmaq boşluq yaradacaq ki, bunu nə Qərb, nə də NATO doldura bilər - bəzi tərəfdaşların "süni vədlərinə" baxmayaraq. Rusiya orbitindən çıxaraq uzunmüddətli münaqişə vəziyyətinə düşən Ukraynanın nümunəsi Ermənistan üçün bir xəbərdarlıq olmalı idi.

Nikol Paşinyan və komandası tərəfindən yürüdülən siyasət Ermənistanın gələcəyi üçün açıq risklər daşıyır. KTMT-də iştirakın dayandırılması, Rusiyaya qarşı ittihamlar və açıq-aşkar avantürist xarici siyasət Ermənistanı təcrid və iqtisadi böhran qarşısında qoyacaq. Üstəlik, hazırkı böhran şəraitində Moskvanın təsirindən çıxmağa cəhd etmək Ermənistanı Cənubi Qafqazda öz geosiyasi maraqlarını güdən qonşu ölkələr qarşısında daha həssas edəcək.

Rusiya isə İrəvana təzyiqi gücləndirmək niyyətini artıq nümayiş etdirib - istər maliyyə rıçaqları, istərsə də ticarət məhdudiyyətləri vasitəsilə. Sual yalnız bundan ibarətdir ki, hər iki tərəf nə qədər irəli getməyə hazırdır ki, münaqişə dönüşü olmayan həddə çatmasın.

Paşinyanın inadkarlığı ölkəni tam bir çöküşə gətirib çıxara bilər. Ermənistanın gələcəyi bu gün onun rəhbərliyinin öz addımlarını nə qədər rasional qiymətləndirməsindən asılıdır.

Seçilən
6
3
day.az

4Mənbələr