AZ

Oropuş virusunun simptomları nələrdir? - İnfeksionistdən AÇIQLAMA

Son günlərdə dünyada yeni virus yayılıb. 

Söhbət oropuş virusundan gedir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir çox ölkədə bu virusun qeydə alındığını açıqlayıb. Dünyada onminlərlə insan sözügedən virusa yoluxub. Hətta bəzi ölkələrdə oropuş infeksiyasına görə ölüm halları da yaşanıb. 

Bəs oropuş virusunun simptomları nələrdir? Sözügedən virusa Azərbaycanda rast gəlinib? 

İnfeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda oropuş virusuna rast gəlinməyib:

364360
"Lakin sözügedən virus dünyanın bir çox ölkəsində yayılıb. Oropuşa yoluxma həşəratların insanı dişləməsi nəticəsində olur. Meşələrə yaxın kəndlərdə, rayonlarda yaşayan insanlarda, habelə meşəyə gedən insanların həşəratlar tərəfindən dişləməsi ilə virus keçir". 

Həkim oropuş virusunun simptomlarından da söz açıb:

"Əsasən baş ağrısı, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, əzələ ağrıları kimi simptomlarla özünü biruzə verir. Təxminən bir həftə ərzində davam edir".

Ləman Qalimova bu virusdan qorunmaq üçün atılacaq addımdan da danışıb:

"Oropuş virusundan qorunmaq üçün həşəratların bədəninizi dişləməsinin qarşısını almalısınız. Məsələn, meşə və bənzər yerlərə getdikdə bağlı geyimlərdən istifadə etmək olar".

Pərviz

Seçilən
24
hit.az

1Mənbələr