AZ

İki əməliyyat keçirən Lula da Silva yenidən prezident seçilməkdən imtina etdi

İki dəfə beyin əməliyyatı keçirən Braziliya prezidenti Luiz İnasio Lula da Silva 2026-cı ildə yenidən dövlət başçısı seçilmək ehtimalına şübhə etməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Globo" anonim mənbələrə istinadən yazıb. 

Həmsöhbətlər qeyd edirlər ki, hələlik bu məsələ həll olunmamış qalır. "Globo"nun məlumatına görə, Lula da Silva keçən həftəki əməliyyatdan əvvəl də başqa müddətə namizəd olmaqdan şübhələndiyini bildirib. Bu günə qədər o, Fəhlə Partiyasından seçkilərə əsas namizəd olaraq qalır.

Luiz İnasio Lula da Silva 2023-cü ildən Braziliya prezidenti vəzifəsini icra edir. O, 10 ildən artıq fasilədən sonra bu vəzifəyə qayıdıb. Da Silva əvvəllər - 2003-2011-ci illərdə də ölkəyə rəhbərlik edib. Ümumilikdə, Lula da Silva altı dəfə namizədliyini irəli sürüb və ilk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub.

Oktyabrın 19-da Lula da Silva vanna otağında yıxılaraq başının arxasından zərbə alıb. Onun başına beş tikiş qoyulub və təyyarəyə minməmək tövsiyə edolıib. Bununla bağlı prezident Kazanda keçirilən BRICS sammitini buraxıb. Dekabrın 9-da Braziliya prezidenti baş ağrısı şikayətləri ilə Braziliya şəhərindəki xəstəxanaya yollanıb, buna səbəb kəllədaxili qanaxma olub. O, iki əməliyyatdan sonra dekabrın 15-də evə buraxılıb.

Aydın
Seçilən
37
7
qaynarinfo.az

10Mənbələr