BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçer “Heyət Təhrir əş-Şam” (HTŞ)qruplaşmasının lideri Əbu Məhəmməd əl-Qolani ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Fletçer “X” platformasındakı paylaşımında bildirib.
“Dəməşqdəki görüşlərimdən, o cümlədən Əbu Məhəmməd əl-Qolaniilə aparılan konstruktiv müzakirələrdən ruhlandım. Bizim vacib humanitar dəstəyi əhəmiyyətli dərəcədə artırmaq üçün əsaslarımız var”-deyə o paylaşımında qeyd edib.