AZ

Amnesty International və "Sərhədsiz peportyorlar" daxil olmaqla, bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlı “Abzas Media”nın jurnalistlərinin işi üzrə məhkəmə ərəfəsində jurnalistlərin azad edilməsinə çağırıb.

Amnesty International diplomatları və beynəlxalq ictimaiyyəti məhkəmə prosesində iştiraka çağırıb.

Öz növbəsində, “Azadlıq/Azad Avropa” radiosunun rəhbəri Stiv Kapus "Azadlıq" radiosunun Azərbaycan xidmətinin əməkdaşı, iqtisadçı,“Abzas Media” işi üzrə müttəhim Fərid Mehralızadənin azadlığa buraxılmasına çağırıb.

“Fərid Azərbaycan iqtisadiyyatının mənfi reallıqları haqqında yazdığı üçün cəzalandırılıb. Azərbaycan yalan məhkəməyə son qoymalı, Fəridin ailəsinə qovuşmasına imkan verməlidir", - "Azadlıq"  radiosunun rəhbərinin bəyanatında deyilir.

*2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında “Abzas Media”nın rəhbərləri və əməkdaşları - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı- jurnalist, Turan agentliyinin əməkdaşı Hafiz Babalı həbs ediliblər. May ayında "Azadlıq"radiosunun əməkdaşı, iqtisadçısı Fərid Mehralızadə eyni iş üzrə həbs olunub.

Əvvəlcə onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham ediblər. Lakin avqustun 16-19-da ittihamlar sərtləşdirilib: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət gəlirlərinin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) və 213.2.1-ci (qrup tərəfindən vergidən yayınma) maddələr.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edərək bildirirlər ki, hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunurlar. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar. Bir çox beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatı dəfələrlə onların azad edilməsinə çağırıblar.

Seçilən
7
turan.az

1Mənbələr