AZ

Xamanei İsraili təhdid edib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın ali dini lideri ayətulla Əli Xamanei ölkəsində keçirilən tədbirlərdən birindəki çıxışında İsrailin Suriyaya müdaxilə edəcəyi təqdirdə sarsıdıcı məğlubiyyətə uğrayacağını, islam müqaviməti qüvvələrinin mübarizəni davam etdirəcəklərini söyləyib.

Xamanei deyib: "Suriyadakı hadisələrdən istifadə edən ABŞ, sionist rejimi və onların bəzi müttəfiqləri cinayətlər törətməyə davam edirlər və Dəməşq hakimiyyətinin dəyişməsini müqavimətin sonu kimi təqdim etməyə çalışırlar. Bu, çox kobud bir səhvdir. Qəzza sektoru ilə Livan mübarizəni davam etdirirlər. İsrail Suriya torpaqlarına daxil olub, "Hizbullah" qüvvələrini mühasirəyə almaq və məhv etmək istəyir. Lakin məhz İsrailin özü məhv olacaq".

Hürr Tərcüman

 

Seçilən
17
1
hurriyyet.az

2Mənbələr