Aleksey Navalnının vəkillərindən birinin maraqlarını təmsil edən vəkil Andrey Qrivtsov bildirib ki, prokuror hakimdən üç müttəhimin hər birinə 5,5 ildən 5 il 11 ayadək həbs cəzası təyin etməyi tələb edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
"Prokuror Vadim Kobzevə 5 il 11 ay, Aleksey Liptserə - 5 il 10 ay, İqor Serquninə - 5 il 6 ay cəza istəyib", - Qrivtsov gileylənib.
Bundan əlavə, prokuror müttəhimlərə beş il müddətinə hüquqi xidmət göstərməyə qadağa qoyulmasını istəyib.
Bir müddət öncə BRIEF Telegram kanalı (Rusiya Federasiyasında xarici agent kimi tanınır-red) Rusiyanı tərk edən Aleksey Navalnının keçmiş vəkilləri Olqa Mixaylova və Aleksandr Fedulovun terrorçu və ekstremistlər siyahısına daxil edildiyini bildirmişdi.
Tural