Hindistandan “Google” platforması üzərindən ən çox axtarılan səyahət istiqamətləri arasında Azərbaycan və paytaxt Bakı ilk sırada yer alıb.
“İki sahil” xəbər verir ki, texnologiya nəhəngi “Google” Hindistan üçün “İlin Axtarış Trendləri” hesabatını paylaşaraq bu il ən çox maraq doğuran səyahət məkanlarını açıqlayıb.
Hesabatda Azərbaycanın müasirlik və adət-ənənələrin unikal vəhdəti ilə hindistanlı səyahətçiləri özünə cəlb etdiyi vurğulanıb. Bakının futuristik silueti və Qobustanın qədim qayaüstü rəsmlərinin mistikası arasında ölkə zəngin tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə seçilir.
Ən çox axtarılan səyahət istiqamətləri siyahısında, həmçinin İndoneziyanın Bali adası, Malayziyanın Kuala Lumpur şəhəri, eləcə də Qazaxıstan, Gürcüstan və Hindistanın müxtəlif şəhərləri yer alıb.