AZ

Sabiq prezident həbs edilir

Boliviya Tarix Departamentinin prokurorluğu insan alveri ilə məşğul olmaqda şübhəli bilinən ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı ittiham irəli sürüb. Vətəninfo.az  xəbər verir ki,  bu barədə “El Deber” qəzeti məlumat yayıb.

“Bu gün insan alveri ilə məşğul olmaq üçün rəsmi ittiham irəli sürülüb. Həmçinin iki nəfərin həbsi barədə order var”, – deyə qəzet prokuror Sandra Qutyerrezdən sitat gətirib.

O, bildirib ki, prokurorluq Moralesin mümkün qaçması barədə sərhəd xidmətinə məlumat verilməsini xahiş edib. Məhkəmə yaxın günlərdə sabiq prezidentin həbsdə saxlanılması ilə bağlı prokurorun vəsatətinə baxılma tarixini təyin etməlidir.

İnsan alveri qurbanının anası da ittiham olunub. İstintaqın versiyasına görə, 15 yaşlı qızın valideynləri dövlət sektorunda işə düzəlmək üçün onu Moraleslə tanış edib. Oktyabrın əvvəlində Boliviyanın ədliyyə naziri Sezar Siles məlumat vermişdi ki, keçmiş prezidentlə münasibət nəticəsində azyaşlı hamilə qalıb.

2020 Prezident səlahiyyətlərini icra edən Jeanine Agnes-in administrasiyası dövründə Ədliyyə Nazirliyi Morales haqqında azyaşlıya təcavüz etdiyinə görə araşdırma başlatdı, lakin tamamlanmadı. Sabiq prezident özünü siyasi təqib qurbanı hesab edir.

Seçilən
37
veteninfo.az

1Mənbələr