AZ

Mirziyoyev Özbəkistanda səhlənkarlıq və məsuliyyətsizliyə görə 300 məmuru işdən çıxarıb

Özbəkistanda səhlənkarlığa və məsuliyyətsizliyə görə 300 məmur vəzifəsindən azad edilib. Onların yerinə müasir düşünən təşəbbüskar gənc mütəxəssislər təyin edilib. Bunu prezident Şavkat Mirziyoyev yoxsulluğun azaldılması istiqamətində görülən işlərin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, bəzi məmurlar məhəllələrdə yoxsulluğun azaldılması istiqamətində işləməkdə ciddi deyil. Onun sözlərinə görə, onlar hesab edirlər ki, bu təşəbbüs “bir-iki ildir və tezliklə keçəcək”.

"Vətəndaşların və sahibkarların problemlərini həll etməyən lider işdən çıxarılacaq", - Mirziyoyev deyib və məmurları dünyagörüşlərini dəyişməyə çağırıb.

Prezident vurğulayıb ki, dünyada siyasət və iqtisadiyyat hər dəqiqə mürəkkəbləşir, yeni təhlükələr yaranır və indi həll yolları tapılmasa, o zaman çox gec olacaq.

Oxuməni.az

Seçilən
49
oxumeni.az

1Mənbələr