Türkiyə Suriyada genişmiqyaslı əməliyyata hazırlaşır.bbu iddianı “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən irəli sürüb.
Nəşrin iddiasına görə, Türkiyə Suriya ilə sərhədə qüvvələr toplayır.
“Rəsmilər Türkiyə ordusu və Türkiyəyönümlü silahlı birləşmələrin Suriya ilə sərhəddə toplandığını, Ankaranın genişmiqyaslı əməliyyata hazırlaşdığını deyirlər. ABŞ rəsmilərinin birinin qeyd etdiyi kimi, Türkiyənin əməliyyatı qaçılmaz ola bilər”, - nəşr yazıb.
Türkiyə ordusu Suriyanın şimalındakı “Sülh çeşməsi” əməliyyat bölgəsində PKK/YPG-nin 4 terrorçusunu, İraqın şimalındakı “Pəncə-Kilid” bölgəsində isə PKK-nın 2 üzvünü zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.