Fins.az - Qızıl bu həftə Mərkəzi Bankların iclasları ərəfəsində, xüsusən də ABŞ Mərkəzi Bankının (FRS) faiz qərarı öncəsi sabitləşib.
Fevral ayı üzrə futures müqavilələri 0,1% ucuzlaşaraq 2,668 ABŞ dolları səviyyəsində ticarət olunub. Spot qızıl isə 2,652 ABŞ dolları ilə dəyişməyib. Qızıl bu il 28%-dən çox bahalaşaraq, 2010-cu ildən bəri ən böyük illik artımını qeyd edib.
Hindistanda qızıl idxalı rekord səviyyəyə çatıb.