AZ

2025-ci ildə Ukraynaya bu qədər yardım AYRILACAQ

Avropa İttifaqı (Aİ) ölkələri 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir ki, bunun da 18,1 milyardı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir.

Redaktor.az Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu məbləğin 12,5 milyardı əlavə olaraq Avropa Sülh Fondu vasitəsilə ayrılacaq.

Daha əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijyarto bildirib ki, Macarıstan Aİ-nin Ukraynaya Avropa Sülh Fondundan 6,5 milyard avro hərbi yardım ayırmaq qərarına veto qoyub.

Bundan əlavə, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ 2025-ci ildən etibarən Ukraynaya ayda 1,5 milyard avro yardım etməyə başlayacaq

Türkan İSGƏNDƏRLİ 

Seçilən
13
1
redaktor.az

2Mənbələr