Bakı. Trend:
Rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflərhazırlanır.
Trend xəbər verir ki, bunuMilli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasındakomitə sədri Polad Bülbüloğlu deyib.
O bildirib ki, hazırda bununla məşğuldur və gələn il komitəninmüzakirəsinə təqdim edəcək:
“Rəqqaslar əvvəllər 20-22 il işlədikdən sonra təqaüdə çıxabilirdilər. İndi bilmirəm bunu kim dəyişib ki, onlar 60-65 yaşındatəqaüdə çıxırlar?! Təkliflər hazırlanır ki, rəqqaslar əvvəliqaydada təqaüdə çıxa bilsinlər".