Avropa İttifaqı gələn il Ukraynaya 30 milyard avro yardım etməyi planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə TASS-a dekabrın 19-da keçiriləcək sammitdən əvvəl Aİ rəsmisi bildirib.
“Ukraynaya maliyyə dəstəyi vermək öhdəliyimiz qalır. 2025-ci ildə Aİ Ukraynaya təxminən 30 milyard avro məbləğində dəstək veriləcək. Bu, Avropa fondundan əlavə 12,5 milyard və Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 18,1 milyard mənfəətdir”, – Aİ nümayəndəsi bildirib.
Azpost.info