AZ

Səhər yorğun oyanmaq bu xəstəliyin əlaməti ola bilər

Araşdırmaların nəticəsi məlum olub

 Səhər yorğun oyanmaq müasir dünyada ən çox rast gəlinən problemlərdən biridir. Tıxac, sürətli iş həyatı və sosial media asılılığı kimi faktorlar nəinki yuxsuzluq yaradır, həm də fərdləri psixoloji cəhətdən yorğun hala gətirir. 
Sherg.az səhər yorğun oyanmağın 9 əsas səbəbi təqdim edir:

Yuxu apnesi yuxu zamanı nəfəsin müvəqqəti dayandığı bir vəziyyətdir. Yuxu apnesi yuxunun keyfiyyətini ciddi şəkildə pozur  və səhər saatlarında güclü yorğunluq hisslərinə səbəb olur. Tədqiqatlara görə, yuxu apnesi olan insanlar tez-tez gecə ərzində dəfələrlə oyanırlar və tam istirahət edə bilmirlər. Amerika “Yuxu Apne Assosiasiyasına” görə, bu vəziyyət gün ərzində həddindən artıq yuxululuq və yorğunluqla nəticələnir. Horlama, nəfəs darlığı, səhər baş ağrıları və gecə tərləmələri də yuxu apnesinin ümumi simptomlarıdır.
 Anemiya bədənin oksigeni daşımaq üçün kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etməməsidir ki, bu da bədəni daim yorğun edir. “American Journal of Hematology”nin məlumatına görə, Anemiya, yuxu zamanı belə bədənin kifayət qədər oksigen almamasına səbəb olur. Digər simptomlara başgicəllənmə, zəiflik, solğun dəri və nəfəs darlığı daxildir.
Depressiya da yuxu rejiminə təsir edir. Milli Psixi Sağlamlıq İnstitutunun məlumatına görə, depressiyadan əziyyət çəkən insanlar ya çox yatırlar, ya da yuxusuzluqdan əziyyət çəkirlər. Bu pozğunluqlar oyandığınız zaman sizi yorğun hala salır. Depressiya həm də enerji çatışmazlığı, apatiya və daimi yorğunluq hissi ilə əlaqələndirilir. Keyfiyyətsiz yuxu, depressiyanın əksi olaraq səhərlər gümrah oyanmamağın əsas səbəblərindən biridir.
Hipotiroidizm, tiroid bezinin kifayət qədər hormon istehsal etmədiyi bir vəziyyətdir. Bu hormonlar bədənin enerji istehsalını və maddələr mübadiləsi sürətini tənzimləyir. Kanadanın Tiroid Fonduna görə, aşağı tiroid hormon səviyyələri səhərlər həddindən artıq yorğunluq hisslərinə səbəb olur. Bundan əlavə, çəki artımı, quru dəri, saç tökülməsi və depressiya kimi simptomlar hipotiroidizmin əlamətləri arasındadır.
Xroniki yorğunluq sindromu davamlı, səbəbi bilinməyən yorğunluq ilə xarakterizə olunan bir vəziyyətdir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bildirir ki, bu sindrom yuxusuzluq, əzələ ağrıları və konsentrasiyada çətinlik kimi simptomlarla müşayiət olunur.
Qeyri-kafi maye qəbulu yuxu zamanı bədənin susuzlaşmasına səbəb olur. “Journal of Clinical Endocrinology & Metabolism” jurnalında dərc edilən bir araşdırma, susuz qalan insanların səhərlər yorğunluq və başgicəllənmə hissləri yaşadıqlarını ortaya qoyur. Bədən yuxu zamanı su itirir və bu, adekvat kompensasiya edilmədikdə səhər yorğunluğuna səbəb olur.
Aşağı qan şəkəri səhərlər yorğunluq və zəiflik yaradır. Xüsusilə şəkərli diabet xəstələri gecə qan şəkərinin səviyyəsi aşağı düşərsə, yuxudan yorğun və halsızlıq hiss edə bilərlər. Diabetes Care jurnalında dərc edilən bir araşdırma göstərir ki, hipoqlikemiya səhərlər yorğunluq hissini artırır. Digər simptomlara tərləmə, titrəmə və başgicəllənmə daxildir.
 D vitamini, B12 vitamini və dəmir çatışmazlığı səhərlər yorğunluq hissi yaradır. “American Journal of Clinical Nutrition”-da dərc edilən bir araşdırma, xüsusilə B12  və dəmir çatışmazlığının zəiflik və yorğunluq hissləri ilə əlaqəli olduğunu ortaya qoyur. Bu cür çatışmazlıqlar bədənin kifayət qədər enerji istehsal etməsinə mane olur.
Yuxusuzluq səhərlər dincəlməməyin ən ümumi səbəblərindən biridir. Yuxu Vəqfinə görə, yuxuya getməkdə çətinlik çəkmək və ya oyandıqdan sonra yenidən yuxuya gedə bilməmək sizi səhərlər halsız edə bilər. Yuxunun olmaması bədənin istirahət vaxtını məhdudlaşdırır və yorğunluq hissi ilə oyanmağınıza səbəb olur.


Seçilən
51
18
sherg.az

10Mənbələr