AZ

Ukrayna münaqişənin həlli üçün Belarusun vasitəçiliyini RƏDD EDİB

Kiyev Belarus tərəfinin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda iştirakı təklifini rədd edib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi “Telegram” kanalında yazıb.

Onlar qeyd ediblər ki, Minskin təşəbbüsü onları təəccübləndirib, hansı ki, onlar özləri üçün təhlükəsizlik zəmanəti almaq istəyirlər. Ukrayna Xarici İşlər Nazirliyi Belarusu “işğalın ortağı” adlandırıb.

“Müttəfiqinin ərazisindən Ukraynaya qarşı silahlı təcavüz üçün istifadə edən Rusiya Federasiyası bu gün Belarus üçün təhlükəsizliyə real təhdidlərin yeganə mənbəyidir”, - Ukrayna XİN qeyd edib.

Qeyd edək ki, Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç Minskin Ukrayna üzrə sülh danışıqları masası arxasında olmaq istədiyini bildirib.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr