AZ

Azərbaycan dövlət büdcəsinin qeyri-neft gəlirlərində gömrük yığımlarının payı açıqlanıb

Bakı. Trend:

Azərbaycan dövlət büdcəsinin qeyri-neft gəlirlərində gömrükyığımlarının payı 34 faiz təşkil edir.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müaviniNatiq Şirinov Bakıda keçirilən gömrük biznes-forumunda deyib.

N.Şirinov bildirib ki, Dövlət Gömrük Komitəsi xətti ilə dövlətbüdcəsinə daxilolmalar artmaqda davam edir.

“Bu ilin 11 ayında gömrük yığımları və vergi daxilolmalarınınbüdcənin ümumi gəlirlərindəki payı 18 faiz təşkil edib. Halbuki 10il əvvəl bu göstərici 10 faizdən aşağı idi.

Eyni zamanda, qeyri-neft gəlirlərində gömrük yığımlarının payı34 faizdir. Yəni, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin üçdəbiri Dövlət Gömrük Komitəsinin payına düşür. 10 il əvvəl bugöstərici də 10 faizdən aşağı idi”, – deyə N.Şirinovvurğulayıb.

Seçilən
37
1
az.trend.az

2Mənbələr