Finlandiya prezidenti Aleksandr Stubb diqqət çəkən açıqlamalar verib. O, Tallində keçirilən brifinq zamanı deyib ki, Ukraynaya sülhməramlı kontingentin göndərilməsini müzakirə etmək hələ tezdir.
“Biz irəli qaçmamalıyıq. Yadda saxlamalıyıq ki, sülhməramlı missiyalar çox vaxt beynəlxalq hüquqa əsaslanır. Bu isə o deməkdir ki, ortada BMT-dən gələn mandat və aydın sülh nizamlanması var”, - Stubb bildirib.
Finlandiya rəhbəri əlavə edib ki, 1982-ci ildə Liviyada oxşar addımıa tmış ABŞ-nin mövqeyində olmaq istəməzdi.
Dekabrın 16-da Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri son iclasda münaqişə başa çatdıqdan sonra Ukraynaya sülhməramlı missiya göndərilməsi ideyasını müzakirə etməyiblər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural