Rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı qanuna dəyişiklik olunması təklif edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bu gün keçirilən komitə iclasında danışıb.
“Əvvəl bizim rəqqaslar 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər. Sonra bu maddə qanundan çıxarıldı. İndi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, 5 yaş azala bilər.
Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar” - deyə komitə sədri bildirib.
Nuranə Daxilqızı