AZ

On ay əvvəl ər-arvadın qətli ilə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğa həvalə edilib

Salyanda 10 ay əvvəl ər və arvadın - İsrafil Məmmədov, Minəvər Məmmədovanın qətlə yetirilməsi faktı ilə bağlı cinayət işinin istintaqı rayon prokuroluğundan alınaraq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bu bardədə APA-nın Mil-Muğan bürosuna ailənin səlahiyyətli nümayəndəsi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Hüquq müdafiəçisi qeyd edib ki, Salyan rayon sakinləri - Məmmədov İsrafil Əliməmməd oğlu və onun həyat yoldaşı Məmmədova Minəvər Rza qızının bu il fevralın 28-də müəmmalı şəkildə qəsdlə öldürülmələri faktına dair Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb. Oktyabrın 2-də təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb:

“Yaranmış vəziyyətdən narazı qalan mərhumların ailə üzvlərinin Baş Prokurorluğa ardıcıl müraciətlərdən sonra dekabrın 6-da Baş prokuror Kamran Əliyev iş üzrə mərhumların hüquqi varisini - oğlu Kamil Məmmədovu qəbul edib. Artıq bu gün aldığımız məlumata görə, cinayət işi üzrə icraat təzələnib. Göstərişə əsasən, istintaq bundan sonra Baş Prokurorluğunun İstintaq İdarəsində davam etdiriləcək”.

Seçilən
10
2
apa.az

3Mənbələr