AZ

Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda istehsal edilib

Bakı, 17 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 64,4 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

phrase_var_article.chosen
26
azertag.az

1phrase_var_article.sources