AZ

Gələn ildən siqaretlə bağlı yeni qadağa: 75-430 manat arası cərimə

İtaliyanın Milan şəhəri 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkməyi qadağan edəcək. Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib.

Publika.az xəbər verir ki, qadağaya əməl etməyənlərə 75-430 manat arası cərimə tətbiq olunacaq.

Ölkədə siqaret qadağası 2021-ci ildən başlayaraq mərhələli şəkildə tətbiq olunan qaydalar silsiləsinin bir hissəsidir. Əvvəlki qaydalarla avtobus dayanacaqları, parklar və idman obyektlərində siqaret çəkmək qadağan edilib.

Yeni qaydalar insanların çox olduğu və 10 metrlik təhlükəsiz məsafənin saxlanılmadığı ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Seçilən
10
2
publika.az

3Mənbələr