Bakı, 17 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında neft-qaz sektoruna 5 milyard 67,2 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-noyabr aylarında ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9 faiz azalıb.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 5 milyard 497,2 milyon manat səviyyəsində olub.