AZ

Cəmilə Çiçək: "Qarabağın milli irsi beynəlxalq platformalarda tanıdılmalıdır"

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri Cəmilə Çiçək QHT.az -a özəl açıqlamasında Qarabağın milli irsinin bərpası ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarından danışaraq qeyd edib ki, bu sahədə əsas məqsəd Heydər Əliyev Fondunun apardığı siyasəti dəstəkləməkdir. O bildirib ki, Azərbaycanın həqiqətlərini dünyaya tanıtmaq üçün beynəlxalq tədbirlər, sosial şəbəkələr və yeni media platformalarından geniş istifadə edilməlidir. Qarabağda düşmən tərəfindən dağıdılmış milli irs, mədəniyyət və təbiət abidələri tədqiq edilməli, xarici dillərə tərcümə edilərək beynəlxalq təşkilatlara çatdırılmalıdır. Bu, ədalətin bərpasında böyük əhəmiyyət daşıyır.

Cəmilə Çiçək, işğaldan azad edilmiş ərazilərdə milli mədəniyyətimizin dünyaya tanıdılması üçün təşəbbüsləri də vurğulayıb:

"YUNESKO da daxil olmaqla, bir sıra xarici qüvvələr həqiqətlərimizə elə də ciddi diqqət ayırmır, tarixi gerçəkliyi qəbul etmək istəmirlər. Dövlətimiz Qarabağ və Şuşada təşkil etdiyi “Xarıbülbül”, Vaqif Poeziya Bayramı, Klassik Musiqi Festivalı, eləcə də müxtəlif konfranslar, tədbirlər, forumlar bir daha milli mədəniyyətimizi dünyada tanıdılması baxımından mühum hadisələr sayılır. Biz QHT olaraq media orqanlarımızla onların bəzilərində iştirak etmiş, əksəriyyətinə informativ dəstək vermişik. Bir sıra təkliflərimizi yazılı formada, yaxud ictimai – açıq müraciətlərimiz, təklif etdiyimiz layihələr formasında aidiyyəti qurumların diqqətinə çatdırmışıq. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini, AYB-ni və AMEA-nı çıxmaq şərtilə, digər rəsmi qurumlar bizim irəli sürdüyümüz innovativ təklifləri dəstəkləməkdə elə də həvəsli görsənmirlər. Mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu məsələlərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə qlobal ictimai-mədəni düşüncəyə təsir mexanizmlərini taparaq onlardan lazımınca yararlanmaq günümüzün reallıqlarındadır. İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu istiqamətdə güclü  təbliğat və tanıtım işlərinin aparılması, xüsusi elektron resursların yaradılması, təsir mexanizmlərini tapmaqla problemlərin nisbətən aradan qaldırılmasına çalışmaq gərəkdir".

 

Pərvanə Fərhadqızı

phrase_var_article.chosen
38
qht.az

1phrase_var_article.sources