2024-сü ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 5225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd (+66,6%) çox minik avtomobili istehsal olunmuşdur (yığılmışdır).
Marja xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Minik avtomobilləri üzrə 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edib.
Qeyd edilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,6 faiz azalaraq 535 ədəd olub.
2024-cü ilin yanvar-noyabr aylarında 576 ədəd yük avtomobili istehsal edilmişdir. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5% azalıb.