AZ

KXDR əsgərlərinin Rusiyada döyüşdüyü sübut olundu

ABŞ Müdafiə Nazirliyi Şimali Koreya qoşunlarının Ukrayna ilə müharibədə itkilər verdiyini  təsdiqləyib.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, koreyalılar ötən həftə döyüşə daxil ediliblər.

“Bizim qiymətləndirməmizə görə, Şimali Koreya qoşunları Kursk bölgəsində döyüşə girib və ruslarla yanaşı döyüşür. Onların xeyli itki verdiyinə dair əlimizdə tutarlı faktlar var”, -deyə Pentaqon sözçüsü general-mayor Pat Rayder bildirib. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, KXDR əsgərləri  Kursk vilayətinin Plexovo, Vorojba və Martınovka yaşayış məntəqələri yaxınlığında döyüşlərdə iştirak edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
14
konkret.az

1Mənbələr