AZ

Magistraturaya girib, əsgərlikdən yayınanmaq istəyənlərin NƏZƏRİNƏ - Məsuliyyət sərtləşdirilir

Bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək.

News24.az xəbər verir ki, dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna təklif edilən digər dəyişikliyə əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyì orqanın (qurumun) informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət Informasiya Sisteminə göndəriləcək.

Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan qeyd hissəsində "çağırışdan boyunqaçırma" əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. Belə ki, "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi șəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür". 

Buna uyğun olaraq Miqrasiya Məcəlləsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hallarına yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqında aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdirilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir.


phrase_var_article.chosen
28
13
news24.az

10phrase_var_article.sources